ELM VƏ TƏHSİL


Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin nəzərinə

Bakı, 12 avqust, AZƏRTAC

Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilərlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu üçün minimal tələblər bunlardır:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verərək “məqbul” qiymət alan abituriyentlər malikdirlər. Müsabiqədənkənar qəbul üçün (elan edilmiş müddətdə və qaydada) sənədlərini təqdim etmiş abituriyentlərin ixtisas seçimi barədə məlumat DİM-in rəsmi internet saytında təqdim olunur. Abituriyentlər yalnız 1-ci bənddə qeyd olunan təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisasları seçə bilərlər. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün minimal tələblərlə DİM-in saytındakı cədvəldə tanış olmaq mümkündür.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.