ELM VƏ TƏHSİL


Beynəlxalq simpozium: İslam mədəniyyətində birgəyaşayış təcrübəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə aprelin 16-17-də “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

İlahiyyat İnstitutuundan AZƏRTAC-a bildirilib ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətləri arasında birgəyaşayış təcrübələrindən istifadə etməklə, xüsusilə bu sahədə mütəxəssislərin və elmi tədqiqatların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Simpozium, eyni zamanda, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatlara töhfə vermək, Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etmək məqsədi daşıyır. İştirak etmək istəyənlər fevralın 2-dək tezislərini, tezisləri qəbul olunmuş müəlliflər isə martın 30-dək məqalələrini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.