İQTİSADİYYAT


Beynəlxalq şirkətlərin rəhbərləri Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti barədə məlumatlandırılıb

Bakı, 8 fevral, AZƏRTAC

Beynəlxalq şirkətlərin rəhbərləri Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti barədə məlumatlandırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ( ASCO) AZƏRTAC-a bildirilib ki, fevralın 8-də ASCO-nun sədri Rauf Vəliyev “United Product Tankers”in icraçı direktoru Kristos Mataranqas və “Columbia Shipmanagement LTD”nin icraçı direktoru Andreas Hadyipetrou ilə görüşüb. R.Vəliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat verərək bildirib ki, 160 illik tarixə malik ASCO bu gün fəaliyyətini beynəlxalq standartlara cavab verən müasir gəmiçilik şirkəti kimi uğurla davam etdirir. Bu baxımdan donanmaların yenilənməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas prioritet vəzifələrdəndir.

O, “Columbia Shipmanagement LTD” ilə ASCO arasındakı uğurlu əməkdaşlıqdan da danışaraq qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Gəmiçiliyin dənizçiləri həmin şirkətin dünya sularında üzən gəmilərində təcrübə keçmək imkanı qazanıb.

Daha sonra qonaqlar təmsil etdikləri şirkətlər barədə məlumat verib, gəmiçiliyin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.