CƏMİYYƏT


Beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin dəstəyi ilə keçirilən mübadilə proqramlarının təqdimatı olub

Bakı, 24 avqust, AZƏRTAC 

Çinin Taypey şəhərində Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (International Federation of Medical Students’ Associations – IFMSA) 68-ci Ümumi Assambleyasının Avqust Görüşü keçirilib. 100-dən çox ölkədən 1000-ə qədər tibbi təhsil alan tələbənin iştirak etdiyi tədbirdə Azərbaycanı “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin nümayəndəsi Asiman Hadizadə təmsil edib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin dəstəyi ilə keçirilən mübadilə proqramlarının təqdimatı keçirilib, 20-yə yaxın ölkə ilə yeni müqavilələr imzalanıb. Həmçinin Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub. Tədbirdə qlobal səhiyyə, tibb təhsili mövzularında çoxsaylı müzakirələr aparılıb.

Görüş zamanı Asiman Hadizadə IFMSA-nın Avropa regionu üzrə direktorunun assistenti vəzifəsinə seçilib. O, regional sessiyaların işində yaxından iştirak edib.

Qeyd edək ki, IMFSA öz sıralarında 123 ölkədən 1.3 milyon tibbi təhsil alan tələbəni birləşdirir. Hər il iki dəfə - mart və avqust aylarında ümumi assambleyanın toplantısı keçirilir.

Azərbaycan “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin timsalında 2007-ci ildən etibarən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının üzvüdür. Bu təşkilat IMFSA-nın mübadilə proqramlarında aktiv iştirak edir və hər il 20-yə yaxın ölkə ilə ikitərəfli - bilateral tələbə mübadiləsi həyata keçirir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.