ELM VƏ TƏHSİL


Beynəlxalq tədbirdə Folklor İnstitutu əməkdaşının məruzəsi dinlənilib

Bakı, 10 avqust, AZƏRTAC

Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Xalidə Məmmədova Ankarada keçirilən 8-ci Beynəlxalq Taras Şevçenko Sosial Elmlər Konfransında iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Beynəlxalq tədbirdə X.Məmmədovanın “Vətənpərvər şair Taras Şevçenko” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Taras Şevçenkonun bədii yaradıcılığından danışılıb. Bildirilib ki, xaraktercə azadlıq carçısı, vətənpərvər və sülhsevər kimi tanınan Şevçenko yaradıcılığının əsas ideya xətti əsarətdə olmuş ukraynalıların həyatı ilə bağlıdır. Onun şeir və poemaları bu gün də aktuallığı ilə diqqəti cəlb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.