CƏMİYYƏT


Beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət”də və “My Broker”də olublar

Bakı, 21 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Bakıda təşkil etdiyi “Gənc sahibkarlar klubu” layihəsinin iştirakçıları 5 saylı “ASAN xidmət” mərkəzi və buradakı “My Broker” gömrük təmsilçiliyinin müştəri xidmətləri, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, altı ölkəni təmsil edən 30 gənc sahibkara “My Broker” gömrük təmsilçiliyinin fəaliyyəti haqqında məlumat verilib, gələcək layihələr barədə təqdimat nümayiş etdirilib.

Gənc sahibkarlar təmsilçiliyin əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.