ELM VƏ TƏHSİL


Beynəlxalq təhsil sərgisində AzMİU-nun tələbələrinin hazırladığı elektronika cihazları nümayiş olunur

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) geniş pavilyonda təmsil olunur.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, stenddə professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, informasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladığı robot və elektronika cihazları nümayiş olunur. İştirakçılar pavilyonla xüsusi maraqlanıb, universitetin fakültə və ixtisasları ilə yaxından tanış olublar. Stendin ziyarətçiləri AzMİU-da tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası haqqında geniş və əhatəli informasiyalar alırlar.

Rektor Gülçöhrə Məmmədova, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, perspektivləri haqqında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova, eləcə də qonaqlara məlumat veriblər.

Qeyd edək ki, sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Sərgi oktyabrın 12-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.