İQTİSADİYYAT


Beynəlxalq təşkilatın saytında və jurnalında Hesablama Palatası ilə bağlı məqalə dərc edilib

Bakı, 26 noyabr, AZƏRTAC

INTOSAI-nin (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) IDI təşkilatının saytında və INTOSAI jurnalında Azərbaycan Respublikasının Hesablama Palatası ilə bağlı məqalə dərc edilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatası ali audit qurumlarının (AAQ) fəaliyyətinin və potensialının inkişafına dəstək göstərmək məqsədilə yaradılmış IDI təşkilatı ilə sıx əməkdaşlıq edir. 2019-cu ildə IDI nəzdində Strategiya, Fəaliyyətin Qiymətləndirilməsi və Hesabatlılıq (SPMR) təşəbbüsünə qoşulan Hesablama Palatası AAQ-ın Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsi (SAI PMF) əsasında özünüqiymətləndirmə hesabatını, həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2021-2025-ci illər üzrə yeni Strateji Planını, o cümlədən 2021-ci il üzrə Fəaliyyət Planını hazırlayıb. Yeni Strateji Plan gələcəkdə Hesablama Palatasının öz şəffaflığının və hesabatlılığının gücləndirilməsi, rəqəmsal keçid kimi iddialı hədəfləri, həmçinin Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) əsasında audit işinin keyfiyyətinin artırılması istiqamətində davamlı fəaliyyətləri müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.