İQTİSADİYYAT
Beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən gömrük islahatlarını yüksək qiymətləndirirlər
Tbilisi, 14 sentyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlar Azərbaycanda gömrük sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. BMT İP və Aİ-nin rəsmiləri bunu “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” (2016-2018) layihəsinin başa çatması ilə əlaqədar Tbilisidə keçirilən konfransda da dilə gətiriblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan ilə Gürcüstan arasında Ticarətin Asanlaşdırılması Layihəsinin rəhbəri Məzahir Əfəndiyev söyləyib.
M.Əfəndiyev deyib ki, Azərbaycan əhalinin qida və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması üçün çox vacib tədbirlər görür. Gömrük sahəsində ciddi islahatlar həyata keçirilir. Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası bunu bir daha sübut edir. Bu mərkəz ölkəmizə təhlükəli və keyfiyyətsiz məhsulların idxalının qarşısını alacaq, yük maşınlarına nəzarəti asanlaşdıracaq. Bu da öz növbəsində insanların sərhədi daha rahat keçməsini təmin edəcək.
Layihə rəhbərinin sözlərinə görə bu cür mərkəzlər digər sərhəd-keçid məntəqələrində də inşa olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilis