REGİONLAR


Beynəlxalq təşkilatlar Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən terror hadisəsinə qiymət verməlidir

Sumqayıt, 5 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımızın - Məhərrəm İbrahimov və Sirac Abışovun, eyni zamanda, Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtdı. Mənfur düşmənin torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulyasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir.

Bu sözləri AZƏRTAC–a açıqlamasında Sumqayıtda Sirac Abışovun dəfn mərasimində iştirak edən Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

“Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətli qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə bu faciə bir dərs olsun, mülki şəxslərə qarşı terror törədən bir dövlətin yanında duran dövlətlər də elə terror dövlətləridir”, - deyə deputat qeyd edib.

Müşfiq Məmmədli bildirib ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərini ağır məğlubiyyətə uğratdı. Mənfur düşmən unutmasın ki, onların başlarını əzən “dəmir yumruq” yerindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.