MƏDƏNİYYƏT


Beynəlxalq təşkilatlar dağılmış tarixi irsin bərpası üçün Livana yardım edəcəklər

Qahirə, 11 avqust, AZƏRTAC

UNESCO, ICESCO, “Europa Nostra” (Avropa Mədəni İrs Cəmiyyəti), ALIPH (Münaqişə Zonalarında Mədəni İrsin Mühafizəsi Mərkəzi), ICOM (Beynəlxalq Muzeylər Şurası), Dünya Abidələr Fondu kimi beynəlxalq mədəniyyət təşkilatları, habelə Luvr Muzeyi Livanda baş vermiş dəhşətli partlayış nəticəsində dağılmış tarixi abidələrin bərpası üçün birgə dəstək bəyanatı yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda zəngin tarixi-mədəni irsə malik olan Beyrutun qədim mədəniyyət abidələrinin, muzeylərin və kitabxanaların bərpası istiqamətində tədbirlər görüləcəyi bildirilib. Beynəlxalq təşkilatlar bu məqsədlə lazımi vəsaitin ayrılması, habelə texniki və ekspert yardımı göstəriləcəyini əlavə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.