SİYASƏT


Beynəlxalq təşkilatlardan Milli Məclisə Ermənistan silahlı qüvvələrinin təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir

Bakı, 22 oktyabr, AZƏRTAC

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Sahibə Qafarovaya göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin endirilməsi pislənilir.

Məktubda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən keçirilən müxtəlif konfranslarda qəbul olunan qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dəstək verilməsi bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxsaylı mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən təcavüzü bir daha kəskin şəkildə qınanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.