REGİONLAR


Beynəlxalq turizm mərkəzi olan Naftalanda üç park yenidən qurulub

Naftalan, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın kurort şəhəri olan Naftalanda həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin asudə vaxtlarının daha yaddaqalan olması üçün üç istirahət məkanı – Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov parkları yenidən qurulub.

Ölkəmizin turizm sektorunda özünün beynəlxalq şöhrətini ildən-ilə artıran Naftalanda turistlər üçün cəlbedici yerlərin yenidən qurulması və yaradılmasının prioritet olduğunu deyən Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun rəhbəri Ülfət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hər üç parkda görülmüş işlər şəhərin ümumi inkişafına xidmət edəcək.

Görülmüş işlər haqqında məlumat verən Ülfət Əliyev bildirib ki, Heydər Əliyev Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 1390 paqometr səki daşı düzülüb. Səkilərə 2 min kvadratmetr tamet döşənib.

Ümumi sahəsi 3,64 hektar olan Səməd Vurğun Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 2400 paqometr səki daşı düzülüb. Səkilərə 3700 kvadratmetr tamet döşənib. Parkda ümumi sahəsi 250 kvadratmetr olan və ilboyu istifadəsi nəzərdə tutulan açıq və qapalı kafenin tikintisində son tamamlama işləri aparılır. Parkda 38 ədəd yeni işıq dirəyi quraşdırılıb. Ərazidə yaşıllıqların suvarılması və digər məqsədlər üçün 1450 metr uzunluğunda su xətti çəkilib. Bundan əlavə, həm dekorativ görünüş, həm də isti yay günlərində parkda sərinlik yaratmaq üçün ərazidə müasir dizaynda fəvvarə quraşdırılıb. Yeni avtodayanacağın beton bordürləri düzülüb, asfalt örtüyü salınıb.

Ümumi sahəsi 6,3 hektar olan Nəriman Nərimanov Parkında da səki daşlarının altı mişar daşı ilə hörülüb və 1280 paqometr səki daşı düzülüb. Səkilərə 3200 kvadratmetr tamet döşənib. Bu parkda da sakinlərin və turistlərin mənalı istirahəti üçün fəvvarə quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.