İDMAN


Beynəlxalq turnirin qalibi olan xüsusi olimpiyaçılarla görüş keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri - baş idarəedici Şahin Əliyev Şağan Olimpiya İdman Kompleksində Estoniyanın Vilyandi şəhərində keçirilmiş beynəlxalq turnirin ən güclü divizionunda qızıl medal qazanan komitənin oğlanlardan ibarət futbol komandası ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki təşkilatın sədri görülən işlərdən, bu işlərin nəticəsi olaraq əldə edilən nailiyyətlərdən və gələcəkdə baş tutacaq planlardan danışıblar. Qeyd edilib ki, bu uğurların davamlı olması üçün komandaların hazırlığı ilə bağlı görülən tədbirlər davam edir. Görüş çərçivəsində komitənin oğlanlardan və qızlardan ibarət futbol üzrə yığma komandalarının məşq prosesi izlənilib.

Sonra Estoniyada qalib gələn komanda üzvlərinə qazandıqları qələbə münasibətilə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, iyulun 17-22-də İsveç Krallığının Göteburq şəhərində beynəlxalq "Gothia" kuboku turniri keçiriləcək. Bu mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan və qızlardan ibarət futbol komandaları da iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.