İDMAN


Beynəlxalq uşaq şahmat festivalı başa çatıb

Bakı, 11 fevral, AZƏRTAC

Uşaq və yeniyetmə şahmatçılar arasında keçirilən “Ağappaq qar” beynəlxalq festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən və 9 turdan ibarət olan turnirdə 7,5 xal yığan Fərid Cəfərzadə birinci yeri tutub. Nihad Kərimov (7 xal), Uğur Qurbanlı (6,5 xal), Rövnəq Əhmədov və İmran Kəbirlinski (hərəyə 6 xal) sonrakı pillələrdə qərarlaşıblar.

Fevralın 8-də start götürən növbəti beynəlxalq şahmat festivalı isə fevralın 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.