İQTİSADİYYAT


Beynəlxalq vergitutma sahəsində gözlənilən yeniliklər “AmCham Azerbaijan”a üzv şirkətlərlə müzakirə edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində sahibkarlar və onların ictimai birlikləri ilə əməkdaşlığı davam etdirir.

DVX-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) təşəbbüsü və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. “AmCham Azerbaijan”ın Vergi və Gömrük Komitəsinin təşkil etdiyi tədbirin müzakirə mövzusu beynəlxalq vergitutma sahəsində gözlənilən yeniliklər olub.

“AmCham Azerbaijan”a daxil olan 60-dan çox şirkətin iştirak etdiyi görüşdə Dövlət Vergi Xidmətinin nümayəndələri təqdimatla çıxış edib, beynəlxalq vergitutma sahəsində gözlənilən yeniliklər, BEPS Planının mahiyyəti və həyata keçirilməsinin ölkəmizə faydaları, transfer qiymətləri, nəzarət olunan xarici müəssisələrlə bağlı ətraflı məlumat veriblər.

Tədbir iştirakçılarının qeyd edilən məsələlərlə əlaqədar çoxsaylı sualları cavablandırılıb, müvafiq izahlar olunub.

Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən “AmCham Azerbaijan”ın ölkə iqtisadiyyatının ayrı-ayrı sektorlarında çalışan 260-dan üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.