ELM VƏ TƏHSİL


Beynəlxalq yarışın gümüş medalçısı

Bakı, 24 aprel, AZƏRTAC

Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında II yeri tutub və gümüş medala layiq görülüb.

Yarışda 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb. Beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında da azərbaycanlı məktəblilər var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.