Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanda insan amili, innovasiyayönümlü inkişaf daim ön plandadır

Naxçıvan, 11 iyun, AZƏRTAC

Müasir dövrdə hər hansı bir ölkənin və ya məkanın inkişafı burada intellektual potensialın formalaşması ilə birbaşa bağlıdır. Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsi olan təhsil isə intellektual potensialı formalaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını yaradır. Müxtəlif dövrlərdə bir çox alimlərin, siyasətçilərin, yazıçıların böyük rəğbət bəslədikləri şahmat da intellektual bacarıqların inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevrilib

Rəqəmsal və vizual informasiyaya əsaslanan şahmat oyunu zamanı qiymətli intellektual qidalanma qazanılır, təfəkkür, emosional dözümlülük və iradə inkişaf edir, düşünmə qabiliyyəti artır, intizam möhkəmlənir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət, ümumtəhsil məktəblərində şahmat fənninin tədris olunması intellektual səviyyəli gənc nəslin formalaşmasına öz təsirini göstərir. Bu gün diyarımızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti örnək, nümunə kimi qəbul edilir. Muxtar respublikada hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə qazandırır. Bu həm də qlobal idman arenasında uğurlu nəticələri ilə diqqəti cəlb edən, beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanın tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak ediblər.

Ali Məclisin Sədri tədbirdəki çıxışında deyib: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FIDE ustası, bir beynəlxalq hakim və bir FIDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər”.

“Hər il olduğu kimi, bu il də “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının kütləviliyi ilə fərqlənir”, - deyən Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin gücləndirilməsi perspektivli şahmatçıların üzə çıxarılmasına öz töhfəsini verir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilməsi Naxçıvanda şahmatın yeni mərhələdə inkişafına yol açacaqdır.

Muxtar respublikada müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub.

Mayın 2-də Ali Məclisin Sədri Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olub, kompleksin imkanlarından səmərəli istifadə edilməsi və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar verib.

Büdcəyə edilmiş qənaətlər hesabına vətənpərvərliklə həyata keçirilən işlər dövlətin vətəndaşlarına göstərdiyi böyük qayğının nümunəsidir

Bu il yaradılmasının 15 illiyini qeyd edən Kəngərli rayonu ötən dövrdə böyük inkişaf yolu keçib, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında uğurlu nəticələr əldə edilib. Rayonda əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, Böyükdüz və Xok kəndlərində qapalı suvarma şəbəkəsi qurulub. Mayın 7-də isə Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, qapalı suvarma şəbəkəsini işə salıb.

Bu məqamda qeyd edək ki, muxtar respublikada həyata keçirilən strateji inkişaf konsepsiyasına əsaslanan dövlət siyasəti özünün çoxşaxəli istiqamətləri ilə seçilir. Bu amil mühüm əhəmiyyətə malik bir neçə məsələnin həllinə yönəlmiş kompleks yanaşmanı özündə ehtiva edir. Məsələn, Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin qurulması yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, bununla ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də sakinlərin məşğulluq məsələlərinin həllinə geniş imkanlar açır. Bu isə ailələrin sosial-məişət şəraitinə müsbət təsir göstərir, cəmiyyətin özəyi olan ailələrin möhkəmlənməsinə stimul verir. Muxtar respublikanın büdcəsində edilmiş qənaətlər hesabına vətənpərvərliklə həyata keçirilən belə işlər dövlətin vətəndaşına göstərdiyi böyük qayğının növbəti nümunəsidir.

Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin açılışı münasibəti ilə keçirilən tədbirdə Ali Məclisin Sədri deyib: “Ərazinin su təminatı imkan verəcəkdir ki, torpaqlar əkilsin, yaşıllıqlar artsın, bol məhsul istehsal olunsun və əhalinin məşğulluğu təmin edilsin. Torpaqların su təminatının yaxşılaşdırılması ötən illər ərzində Kəngərli rayonunda görülən ən əhəmiyyətli və vacib tədbirlərdəndir. Çünki məhsul istehsalının artması rayonda əhalinin məskunlaşmasını və məşğulluğunu təmin edir, rayonun gəlirləri artır. Böyükdüz kəndi ərazisində qurulan yeraltı şəbəkə hesabına 50-dən artıq sakin işlə təmin olunmuşdur. Məşğulluğun təmin olunması, məhsul istehsalının və əhali gəlirlərinin artması isə muxtar respublikanın inkişafına və ərzaq təhlükəsizliyinə imkan verir”.

Muxtar respublikanın səhiyyə müəssisələri ən müasir tibbi avadanlıqlarla təchiz edilib

Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli Rayon Mərkəzi xəstəxanalarına, Şərur Rayon Uşaq Xəstəxanasına yeni avadanlıqlar alınıb. Diaqnostika Müalicə Mərkəzində süni ağciyər - Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılıb, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilib, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılıb. “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Doğum Mərkəzinə hamilələrdə döldə və yeni doğulmuşlarda ürək qüsurunun aşkar olunması üçün stasionar exo-kardioqraf aparatı hədiyyə edilib. Bütün bunlar əhalinin müayinə və müalicəsində əsaslı dönüş yaradıb. Yaradılan şəraitin nəticəsində muxtar respublikadan kənara xəstə axınının qarşısı alınıb. Görülən işlərin davamı olaraq ötən ildən publik hüquqi şəxs statusu alan Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılıb. Onu da deyək ki, Azərbaycan üzrə ikinci belə aparat muxtar respublikada qurulub. Mayın 8-də mərkəzdə angioqrafiya aparatının təqdimatı olub.

Ali Məclisin Sədri tədbirdə iştirak edib, yeni alınmış angioqrafiya aparatına baxıb, ondan səmərəli istifadə olunması, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin davam etdirilməsi və əhalinin sağlamlığının daim diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd olunub, minik avtomobilləri təqdim edilib

Ötən ay ölkəmizdə, o cümlədən muxtar respublikamızda faşizm üzərində tarixi qələbənin növbəti ildönümü qeyd olunub. Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərib. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızımızdan 15 mini müharibədə həlak olub. 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib.

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

Ali Məclisin Sədri İkinci Dünya müharibəsi veteranları ilə görüşüb, onları faşizm üzərində qələbənin ildönümü münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad edib.

Həmin gün Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan 320” markalı minik avtomobili təqdim edilib.

Qədirbilən naxçıvanlılar Ulu Öndərimizin ölkəmizin inkişafındakı xidmətlərini unutmurlar

Bugünkü müstəqil Azərbaycan, sürətlə inkişaf edən, çiçəklənən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ona görə də bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmizin inkişafındakı xidmətlərini heç vaxt unutmurlar.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Ordubad rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı onun bütün bölgələri ilə yanaşı Ordubad rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olub. Təsadüfi deyil ki, bu ilin mart ayından etibarən Ordubad rayonunun əhalisi 50 min nəfəri ötüb. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir. Mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib. Həmin gün Ordubad şəhərində dövlət qurumları üçün yeni bina da istifadəyə verilib.

Bununla əlaqədar keçirilən tədbirlərdə iştirak edən Ali Məclisin Sədri dövlət orqanlarının əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edib, qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib.

Bu gün muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur.

Mayın 14-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə maraqlanıb, keyfiyyətin əsas götürülməsi, çay yataqlarında selqırıcı bəndlərin tikilməsi, eləcə də kənd yollarının təmirinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Milli və mənəvi dəyərlər qorunur, dövlətçilik ənənələri uğurla davam etdirilir

Muxtar respublikada Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılıb.

Ali Məclisin Sədri əziz gündə xeyirxah niyyətlərlə həmrəy olduğunu bildirib, bütün dua və diləklərin qəbul olunmasını arzulayıb.

Bu gün ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri uğurla davam etdirilir. Bunun nəticəsində sabitlik, inkişaf və tərəqqi davamlı xarakter alıb. Müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verirlər. Onların əməyi daim yüksək qiymətləndirilir. Dövlət və xalq qarşısında xidməti olanlar o yerdə təltif olunurlar ki, həmin ölkədə dövlətçilik ənənələri, sabitlik və inkişaf olsun.

Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adını, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim edib, qarşıdan dövlətçiliyimizin təməlinin qoyulduğu və elan edildiyi 28 May Respublika Gününün gəldiyini bildirib, bu münasibətlə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edib.

Duzdağ Fizioterapiya Mərkəzi artıq muxtar respublikanın brendinə çevrilib

Naxçıvan Muxtar Respublikasının həyatında Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərib, kollektiv formalaşıb. Sovetlər Birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin ötən illərdə mərkəz yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilib. 50 çarpayı ilə fəaliyyətə başlayan səhiyyə müəssisəsində hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə muxtar respublikanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Duzdağ Fizioterapiya Mərkəzi artıq muxtar respublikanın brendinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb, fəxri adları və nişanları təqdim edib.

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və iqtisadi-ticarət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırıb. Ali Məclisin Sədri təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib.

Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində el birliyi ilə görülür

Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdən bir daha əminlik yaranır ki, 30 ilə yaxındır, blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qlobal, planetar xarakterli amillərin, demək olar ki, bütün sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu gün görülən hər bir işin uzunmüddətli strateji inkişafın tərkib hissəsi olması, elmi əsaslara söykənməsi yüksəlişin davamlı xarakter almasına yol açır. Bu da qürurverici haldır ki, Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində el birliyi ilə görülür. On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülkün dediyi kimi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Ölkəmizin, həmçinin müasir Naxçıvanın inkişafında da bu amil xüsusi rol oynayır.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda