DÜNYA


Beynində həm şiş, həm də diş olan gənc

Bakı, 23 mart, AZƏRTAC

Türkiyənin Sinop şəhərində bir nəfər 26 ildir beynindəki dişlə yaşayır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Dəniz Mizraqlı adlı bir musiqiçi 4 il əvvəl səhhəti ilə bağlı xəstəxanaya müraciət edərkən beynində bir şiş və diş olduğu məlum olub.

Həmin şəxsin beynindəki şiş əməliyyatla götürülsə də, diş hələ də qalmaqdadır. Buna səbəb həkimlərin beyindəki dişin götürülməsindən sonra yaranan fəsadlardan ehtiyat etməsidir. Belə ki, hələ ana rəhmindəykən D.Mizraqlının beynində əmələ gələn dişin əməliyyatla xaric edilməsi nəticəsində gəncin görmə, danışma və hərəkət etmədən məhrum olma təhlükəsi var. Şişin xaric edilməsindən sonra özünü yaxşı hiss etdiyini deyən musiqiçi risk səbəbindən dişin götürülməsinə etiraz edib.

Həkimlər nadir də olsa, tibdə bu cür hadisələrə rast gəlindiyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.