CƏMİYYƏT


Beynindən xaric edilən hipofiz törəməsindən sonra xəstənin görmə qabiliyyəti yaxşılaşıb

Bakı, 9 avqust, AZƏRTAC

Xroniki baş ağrılarının narahat etdiyi xəstənin maqnit-rezonans tomoqrafiyası vasitəsilə beynində ölçüsü 5 santimetr olan hipofiz adenoması aşkarlanıb. Təcrübə göstərir ki, ölçüsü 2 santimetrdən böyük adenomanın görmə sinirlərini sıxması nəticəsində tədricən görmə problemləri yaranır və törəmə böyüdükcə həmin problem artaraq korluğa aparıb çıxarır. Problem tədricən inkişaf etdiyindən xəstə onun ciddiliyini gec başa düşür.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 30 yaşlı xəstə mərkəzə müraciət edəndə onun üz cizgilərində nəzərəçarpan kobudlaşma müşahidə edilib və müayinə zamanı böyümə hormonu yüksək olub. Maraqlıdır ki, bunların heç birinin fərqinə varmayan xəstə hətta 20 yaşından sonra ayaq ölçüsünün 38-dən 42-yə böyüməsindən də narahat olmayıb.

Neyrocərrah Azər Əkbərov xəstə üzərində endoskopik yolla əməliyyat apararaq törəməni xaric edib və əməliyyatdan dərhal sonra görmə qabiliyyətində ciddi yaxşılaşma müşahidə olunub. Müayinələrə eynəksiz gələn qadının simasında yaranan kobudlaşma da geri çəkilməyə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.