DÜNYA
Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 113-ə çatıb
Bakı, 5 avqust, AZƏRTAC
Beyrut limanında baş verən partlayış nəticəsində həlak olanların sayı azı 113 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı Livanın Səhiyyə naziri Həməd Həsənə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, dağıntılar altında hələ də onlarla insan qalır.
Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki bir çox binanı dağıdıb və ya zədələyib. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.
Livanın hakimiyyət orqanlarının məlumatına görə, faciəyə altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması səbəb olub. Beyrut fəlakət rayonu elan edilib, şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]