DÜNYA


Beyrutda hökumət əleyhinə keçirilən mitinqlərdə 110-a yaxın insan yaralanıb

Bakı, 8 avqust, AZƏRTAC

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Qırmızı Xaç Cəmiyyətinin Tvitter səhifəsində bildirilib.

İyirmi iki nəfərin xəstəxanalara aparıldığı, daha 87 nəfərə isə yerində tibbi yardım göstərildiyi qeyd olunub.

Hökumət əleyhinə mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.