DÜNYA


Beyrutda iğtişaşlar davam edir: nümayişçilər parlamentin binasına daxil olublar

Qahirə, 8 avqust, AZƏRTAC

Avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra iqtisadi-sosial vəziyyətin daha da pisləşdiyi, humanitar fəlakətin yaşandığı Livan paytaxtında əhali küçələrə çıxıb. Təxminən 5 min nümayişçi Beyrutun Şəhidlər meydanına çıxaraq parlamentin binasına doğru irəliləyib.

AZƏRTAC xəbər verir ki, nümayiş iştirakçıları ilə polis arasında qarşıdurma olub. Parlamentin binasına yürüyən iştirakçılara qarşı bibər qazından istifadə edilib. Mitinq iştirakçıları Həsən Diyabın rəhbərlik etdiyi hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Bu saatlarda parlamentin binası qarşısında polislə nümayişçilər arasında qarşıdurma davam edir. Bir qrup nümayişçi qanunverici orqanın binasına daxil olub.

Livan Qırmızı Xaç Cəmiyyəti iğtişaşlarda 130 nəfərin, o cümlədən polis əməkdaşlarının yaralandığı bildirib.

Livan parlamentinin 3 deputatı hökumətin yarıtmaz siyasətinə etiraz əlaməti olaraq istefa verib. Həmçinin əsas müxalifət partiyası olan “Katayib”in sədri Sami Cmayelin insanları etiraz aksiyasını davam etdirməyə çağırdığı bildirilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.