DÜNYA


Beyrutda liman administrasiyasının 16 məmuru saxlanılıb

Bakı, 7 avqust, AZƏRTAC

Livanın hökumət orqanları avqustun 4-də baş vermiş partlayışla əlaqədar Beyrut dəniz limanı administrasiyasının 16 məmurunu saxlayıb. Bu barədə AFP hərbi prokurorluğa istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Livanın Baş Naziri Həsən Diab faciə ilə əlaqədar təqsirkarların hamısının layiq olduğu cəzanı alacağını bildirib. O deyib ki, altı il ərzində limanın anbarında 2 min 750 ton ammonium nitratın saxlanılması və vətəndaşların həyatının təhlükəyə məruz qalmaması üçün hökumət orqanları tərəfindən heç bir profilaktik tədbirin görülməməsi qətiyyən yolverilməzdir.

Xatırladaq ki, partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb, 138 nəfər həlak olub, 5 minədək insan xəsarət alıb, onlarca insan itkin düşüb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayışlar 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.