Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Mahmud Balaqardaş oğlu Məmmədzadə 13 saylı Xəzər – Pirallahı, Ramil Saleh oğlu Cəfərov 59 saylı Salyan, Araz Tofiq oğlu Əhmədov 61 saylı Neftçala, Şakir Əliş oğlu Əliyev 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Elvin Təbiət oğlu Qasımzadə 13 saylı Xəzər – Pirallahı, Ruziyyə Rafael qızı Vəliyeva 39 saylı Kəpəz birinci (Gəncə), Xeyrulla Eldar oğlu Quliyev 59 saylı Salyan, Emin Sabir oğlu Lətifov 73 saylı Lənkəran şəhər, Əsgərxan İsmayıl oğlu Həsənov 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin