RƏSMİ SƏNƏDLƏR


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Tahir Turar oğlu Ələkbərov 38 saylı Nizami ikinci (Gəncə), Urfan Səfərəli oğlu Nəsirov 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Kənan Elman oğlu Qəhrəmanov 2 saylı Şərur, Məmmədhüseyn Mühəndis oğlu Cahangirli 75 saylı Lənkəran–Masallı, Həsən Hüseyn oğlu İsmayılov 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr            Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin