Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
AzerTAg.az
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Elməddin Xudan oğlu Balacayev 80 saylı İmişli-Beyləqan, Naqil Hüseynəli oğlu Məmmədov 91 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Rauf Vilayət oğlu Əyyamzadə 80 saylı İmişli-Beyləqan, Fərahim Qara oğlu Xudiyev 82 saylı Ağcabədi, Nəzrin Həsən qızı Hacıyeva 90 saylı Ağdaş, Orxan Şahin oğlu Əlizadə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Xəbərin mətnində orfoqrafik səhv var