Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Məhəmməd Ələkbər oğlu Əliyarov, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Elşad Salman oğlu Rzayev və 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Mollamuhuma Əhmədoviç Tintinovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. Fərid Vəli oğlu Əhmədov 22 saylı Nəsimi ikinci, 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək Orxan Həsən oğlu Əlixanlı 8 saylı Binəqədi birinci, Nazim Nizami oğlu Abbasov 43 saylı Sumqayıt üçüncü, Bəhruz Qurban oğlu Bayramov 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin