Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Nəsimi Məmməd oğlu Rzayevin səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək Eflan Kamal oğlu Kərimov 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

Sədr       Məzahir Pənahov

Müavin    Natiq Məmmədov

Katib      Arifə Muxtarova

Üzvlər     Şaitdin Əliyev

             Fuad Cavadov

            Ramiz İbrahimov

            Validə Kazımova

            Qabil Orucov

            Tofiq Həsənov

            İlham Məmmədov

            Azər Tağıyev

           Tamam Cəfərova

           Bəxşeyiş Əsgərov

           Almas Qəhramanlı

           Akif Qurbanov

           Etibar Quliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin