RƏSMİ SƏNƏDLƏR


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Novruz Paşa oğlu Novruzov 3 saylı Babək–Kəngərli–Naxçıvan, Ramal Sahib oğlu Salmanov 4 saylı Naxçıvan şəhər, Ramil Xəlifə oğlu Mirəliyev 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Vüqar Yunis oğlu Şadlinski 93 saylı Bərdə şəhər, Sahib Nüsrət oğlu Əsgərov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin