Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 22.1-ci maddəsinə görə namizədlərin, qeydə alınmış namizədlərin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

Seçki Məcəlləsinin 22.4.1-ci maddəsinə görə seçki komissiyasının həlledici səs hüquqlu üzvü bələdiyyə üzvlüyünə namizəd olduqda onun səlahiyyətlərinə dərhal xitam verilir.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Əliyarov Məhəmməd Ələkbər oğlunun, 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü İbrahimov Cəlil Qeysəddin oğlunun, 54 saylı Şabran–Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Muradəlizadə Kamalə Cəbrayıl qızının, 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının üzvü Sadıqov Şirinbala Böyükkişi oğlunun, 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Heydərov Elçin Əflatun oğlunun, Mustafayev Mehman Haxverdi oğlunun, Kazımov Adışirin Barat oğlunun, Həsənov Nadir Turab oğlunun, 69 saylı Cəlilabad–Masallı–Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının üzvü Heydərov Cahangir Qubad oğlunun, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının üzvü Rzayev Nəsimi Məmməd oğlunun, 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Zülfüqarov Davud Əvəz oğlunun, 89 saylı Göyçay–Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Ələsgərova Elmira Abdulla qızının, 111 saylı Zaqatala–Balakən seçki dairəsi dairə seçki komissiyasının üzvü Piriyev Tərlan Cavanşir oğlunun, 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının üzvü İslamov Fikrət Mütəllim oğlunun yaxın qohumlarının namizədlikləri müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilməlidir.

Bundan başqa 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Məmmədov Natiq Abbas oğlunun, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvü Mahmudov Natiq Firdovsi oğlunun və 54 saylı Şabran–Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Camalov Rahib Şərif oğlunun namizədliyi müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə xitam verilməlidir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Əliyarov Məhəmməd Ələkbər oğlunun, 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü İbrahimov Cəlil Qeysəddin oğlunun, 54 saylı Şabran–Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Muradəlizadə Kamalə Cəbrayıl qızının, 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının üzvü Sadıqov Şirinbala Böyükkişi oğlunun, 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Heydərov Elçin Əflatun oğlunun, Mustafayev Mehman Haxverdi oğlunun, Kazımov Adışirin Barat oğlunun, Həsənov Nadir Turab oğlunun, 69 saylı Cəlilabad–Masallı–Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının üzvü Heydərov Cahangir Qubad oğlunun, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının üzvü Rzayev Nəsimi Məmməd oğlunun, 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Zülfüqarov Davud Əvəz oğlunun, 89 saylı Göyçay –Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Ələsgərova Elmira Abdulla qızının, 111 saylı Zaqatala–Balakən seçki dairəsi dairə seçki komissiyasının üzvü Piriyev Tərlan Cavanşir oğlunun, 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının üzvü İslamov Fikrət Mütəllim oğlunun yaxın qohumlarının namizədlikləri müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

2. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Məmmədov Natiq Abbas oğlunun, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvü Mahmudov Natiq Firdovsi oğlunun və 54 saylı Şabran–Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Camalov Rahib Şərif oğlunun namizədliyi müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə xitam verilsin.

3. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək Muradəliyev Ayaz Azad oğlu 54 saylı Şabran–Siyəzən, Quliyev Seymur Teymur oğlu 61 saylı Neftçala, Rəhimov Çingiz Həmid oğlu 89 saylı Göyçay–Ağdaş, Haqverdiyeva Rəna Məmmədəli qızı 111 saylı Zaqatala–Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

4. Petrov Dinis Valeriyeviç 54 saylı Şabran–Siyəzən, Süleymanov Xəlil Əzizağa oğlu 67 saylı Cəlilabad şəhər, Quliyev Bəyzadə Vəliş oğlu və İmanov Sübhan İslam oğlu 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin