CƏMİYYƏT


Bəzi inzibati cərimələrin şərti olaraq tətbiqi təklif olunur

Bakı, 14 sentyabr, AZƏRTAC

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda həmin pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.