SİYASƏT


Bəzi qüvvələr Azərbaycanın regiondakı aparıcı rolunu, sosial-iqtisadi inkişafını və sabitliyini qəbul etmək istəmir

Tbilisi, 12 iyul, AZƏRTAC

Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Gürcüstan ilə Azərbaycan çox vacib regional layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim ölkələrin deyil, Avropanın özü üçün də mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi qüvvələr Azərbaycanın regiondakı aparıcı rolunu, sosial-iqtisadi inkişafını, sabitliyini qəbul etmək istəmirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.

H.Yusubov bildirib ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bunun üçün hətta, din adından da istifadə edirlər. İyulun 10-da Gəncədə baş vermiş hadisələr bunu bir daha sübut etdi.

Gürcüstan Azərbaycanlıları Konqresi Gəncə şəhərində törədilən iğtişaşı qətiyyətlə pisləyir. Azərbaycanda heç zaman dini zəmində qarşıdurma və ayrı-seçkilik olmayıb. Azərbaycan tolerant, multikultural ölkədir. Amma bu regionda sabitliyi istəməyən qüvvələr var ki, onlar qarşıdurma yaradır, insanları qətlə yetirir, sonra da bunların dini zəmində baş verdiyini iddia edirlər. Biz, bəyan edirik ki, bütün bunlar Azərbaycanın gündən-günə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Amma onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər.

“Biz, Gürcüstanda yaşayan hər bir azərbaycanlı milli dövlətimiz Azərbaycanı sevirik. Azərbaycan xalqı və Prezidenti ətrafında sıx birləşərək pozucu qüvvələrə imkan verməyəcəyik”, - deyə H.Yusubov vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.