İQTİSADİYYAT


Bəzi şəhər və qəsəbələrin təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 12 mart, AZƏRTAC

Bəzi şəhər və qəsəbələrin təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 millimetrlik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23-cü kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.