CƏMİYYƏT


Bəzi uşaqlarda xəstəliyin simptomları hiss olunmasa da, infeksiyanın ötürücüsü rolunu oynayırlar

Bakı, 25 iyun, AZƏRTAC

Sakinlərin çoxu həyətlərdə, ara küçələrdə toplaşır, tibbi maskadan istifadə etmirlər və sosial məsafə gözlənilmir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, yaşından asılı olmayaraq hər bir vətəndaş bu xəstəliyin fəsadlarını dərk etməlidir. Gənclər infeksiyanı yaşlılara ötürə biləcəklərini başa düşməlidirlər: “Elə ailələr var ki, onlarda böyüklərin testləri neqativ nəticələr verib. Azyaşlı uşaqlarda isə pozitiv testlər aşkar edilib. Bəzi uşaqlarda xəstəliyin simptomları hiss olunmasa da, bu xəstəliyin ötürücüsü rolunu oynayırlar. Ona görə də uşaqlar həyətdə oynadığı zaman mütləq gigiyenik qaydalara, xüsusən də əl gigiyenasına riayət edilməsi vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.