CƏMİYYƏT


Bibiheybət qəsəbəsində dezinfeksiya işləri aparılır

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bibiheybət qəsəbəsində ümumilikdə 1843 nəfər sakinin yaşadığı, 50 min kvadratmetr sahəni əhatə edən ərazidə yerləşən küçə və dalanlarda, yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri həyata keçirilir.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, işlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunub. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.