MƏDƏNİYYƏT


Bibiheybətdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Bakı, 13 yanvar, AZƏRTAC

Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli orta məktəbdə pedaqoji kollektivin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə və görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin, YAP Səbail Rayon təşkilatının, rayonun pedaqoji kollektivlərinin, qəsəbə ictimaiyyətinin nümayəndələri və şagirdlərin iştirakı ilə keçirilən görüşdə orta məktəbin direktoru Sədaqət Həsənova öz ənənələri olan məktəbdə bir çox tanınmış adamlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb. S.Həsənova Xalq Şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib.

Görüşdə məktəb şagirdlərinin ifasında şairin şeirləri, onun sözlərinə yazılmış mahnılar səsləndirilib, “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra Nəriman Həsənzadə həyat yolundan, ulu öndər Heydər Əliyevlə görüşlərindən danışıb, yeni şeirlərini oxuyub.

Şagirdlərin suallarını cavablandıran Xalq Şairi onlarla xatirə şəkli çəkdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.