REGİONLAR


Bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Gəncə sakini saxlanılıb

Gəncə, 5 fevral, Rauf Hacıyev, AZƏRTAC

Fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N.İsmayılova qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, aralarında yaranmış mübahisə zəminində N.İsmayılovaya bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.