REGİONLAR


Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır

Gəncə, 4 iyul, Elcan Məmmədov, AZƏRTAC

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən FHN-in Gəncə Regional Mərkəzində və Göygöl rayonunun Zurnabad kəndi ərazisindəki meşə massivi ilə əkin sahəsinin sərhədində - açıq havada “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Gəncədə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli görüşün məqsəd və əhəmiyyətindən danışıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağəli Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı, meşələrin yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, həmçinin meşələrdə baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən söz açıblar. Həmçinin meşə ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, eləcə də meşəətrafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Çıxış edənlər mövzunun aktuallığından söz açaraq bildiriblər ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Mövzu ətrafında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məmməd Tağıyev, Qazax Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Azad Hümbətov təkliflərini səsləndiriblər.

Tədbirdə geniş fikir mübadiləsi aparıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Göygöl rayonunun Zurnabad kəndi ərazisindəki meşə massivi ilə əkin sahəsinin sərhədində texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.