DÜNYA


Bidzina İvanişvili gürcü xalqına müraciət edib

Tbilisi, 5 noyabr, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının yaradıcısı və sədri Bidzina İvanişvili ölkə vətəndaşlarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, o, müraciətində prezident seçkilərinin ikinci turunda seçiciləri düzgün seçim etməyə çağırıb.

İkinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük risklərin olduğunu vurğulayan İvanişvili deyib: “Bir neçə ay əvvəl mən siyasətə qayıtdım. Ölkədə sosial problemlərin getdikcə dərinləşdiyini və onların həlli üçün effektiv mexanizmin olmadığını gördüm. İnsanların bu problemləri daha aydın gördükləri mənə aydın oldu. Bu gün sizinlə razılaşmaya bilmərəm. Ölkədə yeniliklər etmək lazımdır. Bunun üçün də seçiminizi düzgün etməlisiniz. Bu seçimdən çox şey asılıdır. Seçkilərin ikinci turu yeni imkan və yenilənmə üçün əlverişli məqamdır”.

Hakim partiyanın opponentlərinin siyasi partiya olmadığını vurğulayan sədr deyib: “Bu gün intiqam və zorakılıq tətbiq etmək istəyən insanlar bizə qarşı birləşib. Əminəm ki, biz, xalqımızın rifahı, azadlığı naminə seçim edəcəyik və arzuladığımız Gürcüstanı birgə qura biləcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.