MƏDƏNİYYƏT


“Bifurkasiya” - “YARAT”da açılan növbəti sərgi belə adlanır

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də “YARAT” emalatxanalarında keçirilən “Bifurkasiya” adlı ikinci studiya qrup sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Murad Əkbərli, Günel Axundlu, Ramina Boçarova, Umay Abdullayeva, Əhməd Nəbiyev, Ağababa Bağırov, Rəna Bəşirova, Ruslan Abbasov və Nurseli Məmmədlinin işləri nümayiş edilir.

Bifurkasiya (latın dilindən “bifurcus” – “ikiləşmə” deməkdir) — asılı olduqları parametrlərin dəyişdirilməsində müxtəlif obyektlərin bütün mümkün ola bilən keyfiyyətli yenidənqurmaları və ya metamorfozları anlamına gəlir.

Bu gün planetin ekoloji durumuna neqativ antropogen təsiri problemi son dərəcə aktualdır. İnsan təcrübəsinə və biliklərinə əsasən, yaşadığımız dünya, antropogen nəzəriyyəsi ilə yanaşı, bir-birinə zidd olan tendensiyalar və əks başlanğıcların hansısa hörgüsünə bənzəyir. Bu nəzəriyyə, yeni geoxronoloji çağda, bəşəriyyətin Yer kürəsində baş verən bioloji, geoloji və atmosferik proseslərə təsirini göstərən ən mühüm amillərdən olduğunu vurğulayır. Burada geoxronoloji dövr insanın təbiəti manipulyasiya obyekti kimi öz mənfəəti və praqmatik hədəflərinə tabe etməsi ilə xarakterizə olunur.

Artan ekoloji problemləri müzakirə edərkən, biz təbiət və insan münasibətlərində balanslaşmış paritetliyin yoxluğunu görürük. “Təbiət-Cəmiyyət” sistemində, insan, təbii mühitlə bağlı prioritet mövqedədir, lakin insan təbiətsiz sağ qala bilməz, təbiət isə insansız mövcud olacaq. Bu sərgi, təbiətlə insanın münasibətlərini, istehlakçı və təbiətin himayəçisi kimi ətraf mühitə təsirini araşdırır.

Sərginin kuratoru Samira Sefidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.