İDMAN


Bikə Abdullayeva: Aerobika gimnastikası son beş ildir ölkəmizdə inkişaf etdirilir

Bakı, 6 oktyabr, AZƏRTAC

Aerobika gimnastikası son beş ildir ölkəmizdə inkişaf etdirilir. Buna baxmayaraq, həm ötən il, həm bu il keçirilən aerobika üzrə Azərbaycan çempionatı açıq elan olunub.

Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

O qeyd edib ki, ötən il də ölkə çempionatında aparıcı gimnastlar yer almışdılar. Bu il yarışa Bolqarıstan, Qazaxıstan, Rusiya və Ukraynadan gimnastlar qatılıblar. Bu yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq turnir kimi təsdiqlənib. Bu, o deməkdir ki, Azərbaycanda aerobika gimnastikası üzrə ilk dəfədir beynəlxalq turnir təşkil olunur.

“Yarışa ən çox gimnast Rusiyadan qatılıb. Yüzdən çox rusiyalı gimnast Milli Gimnastika Arenasında çıxış edir. Yarışda ümumilikdə 200-dən artıq gimnast medallar uğrunda mübarizəyə qoşulub”, - deyə B.Abdullayeva bildirib.

Noyabrın 17-18-də Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının təşkil olunacağını vurğulayan B.Abdullayeva dekabrda Milli Gimnastika Arenasında yerli yarışların keçiriləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.