MƏDƏNİYYƏT


Bilal Çakıcı: Türk dünyasında istənilən media platforması TÜRKSOY üçün strateji əhəmiyyət daşıyır

Ankara, 12 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan media platformasının yaradılması və gələcəkdə daha da genişləndirilməsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyət strategiyasına tam uyğundur. Ümumiyyətlə türk dünyasında istənilən media platforması TÜRKSOY üçün strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı deyib.

TÜRKSOY-un fəaliyyətinin türk mədəniyyətinin inkişafı və dünyada tanıtdırılması üçün əsas istiqamət olduğunu söyləyən B. Çakıcı bildirib ki, gördüyümüz hər bir işin daha geniş miqyasda işıqlandırılmasını arzu edirik. “Türk dünyasının mədəniyyət paytaxtı, dahi şəxsiyyətlərin tanıdılması və s. layihələrə aid tədbirləri nə qədər təntənəli şəkildə keçirsək belə, görülən işlərin əsl mahiyyətinin geniş ictimaiyyətə çatdırılması kütləvi informasiya vasitələrindən asılıdır. Təbii ki, üzv ölkələrimizin media qurumları fəaliyyətimizdən xəbər hazırlayarkən daha çox öz ölkələrinə aid tədbirləri işıqlandırması bizim nöqteyi-nəzərdən o qədər də səmərəli deyil. İstərdik ki, hər bir fəaliyyətimiz aidiyyətindən asılı olmayaraq hər bir üzv ölkənin mediası tərəfindən geniş işıqlandırılsın. Bu ortaq türk mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığımız işlər haqqında məlumatın hər bir üzv ölkəmizin ictimaiyyətinə çatdırılmasına xidmət edər. Daha yaxşı olar ki, görülən işlər vahid media platforması vasitəsilə hamı tərəfindən daha geniş işıqlandırılsın. Bu mənada Türkiyə-Azərbaycan media platformasının yaradılması bütün türk dünyası üçün yenilik və cazibədardır”,-deyə TÜRKSOY-un baş katibinin müavini söyləyib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.