SİYASƏT


Bilal Dündar: Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir

Bakı, 28 iyun, AZƏRTAC

Bu gün Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, hazırlıq və təchizat səviyyəsi Türkiyə Ordusu ilə eynidir. İki qardaş və dost xalqın orduları xalqlarımızın ümidi və ölkələrimizin təhlükəsizliyinin təminatıdır.

Bu fikirləri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilmiş təntənəli hərbi paradla əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Bilal Dündar bildirib: “Əsgərlik peyğəmbər ocağıdır” kəlamı xalqlarımızın ordularımıza verdikləri böyük önəmin göstəricisidir. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Türkiyə və Azərbaycan orduları çiyin-çiyinə addımlayaraq bizə unudulmaz hisslər yaşatdılar.

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Türk Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarın hərbi paradı izləmək üçün Bakıya səfər etmələri xalqlarımız arasındakı qardaşlıq bağlarının ən yüksək səviyyədə olmasının göstəricisidir. Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan qırıcı təyyarələrin Bakı səmasında nümunəvi uçuşları bu qardaşlığın daha bir təzahürü oldu”.

Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz və xalqlarımız üçün yol xəritəsi olduğunu vurğulayan Bilal Dündar qeyd edib ki, Azadlıq meydanında iki qardaş dövlətin Hərbi Hava, Quru və Dəniz qüvvələrinin parad heyətlərinin təntənəli marşla tribuna önündən keçmələri dostlarımıza qürur, düşmənlərimizə isə qorxu hissi yaşatdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.