SİYASƏT


Bilal Dündar: Azərbaycan bu gün Cənubi Qafqazın parlayan ulduzudur

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan bu gün Cənubi Qafqaz regionunun parlayan ulduzudur.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib.

Federasiya sədri bildirib ki, bu gün müstəqilliyinin 27-ci ildönümünü qeyd edən Azərbaycan 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmişdi. Ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi Azərbaycanın vəziyyətini daha da çətinləşdirmişdi. Daxili və xarici düşmənlərin təxribatı ilə üz-üzə qalan ölkəni bu ağır vəziyyətdən Naxçıvandan xalqın tələbi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyev xilas etdi. Məhz Heydər Əliyevin müdrik siyasəti, onun həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan inkişaf etdi. Ölkənin inkişafının indiki səviyyəyə çatması, əldə olunan böyük nailiyyətlər isə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyevin tərəfindən davam etdirilməsinin nəticəsidir.

Bilal Dündar qeyd edib ki, müstəqilliyini bərpa edəndən sonra Azərbaycanı ilk tanıyan ölkənin məhz Türkiyə olması heç də təsadüfi deyil. Bu, qardaşlığımızın nəticəsidir. Türkiyə müstəqilliyinin ilk dövrlərindən Azərbaycana hər cür dəstək göstərib. Azərbaycan da hər zaman qardaşlıq münasibətlərinə sadiq qalaraq Türkiyəni bütün məsələlərdə dəstəkləyir. Azərbaycan və Türkiyə prezidentləri birgə fəaliyyətlə regionda sabitliyin, inkişafın təmin olunması üçün mühüm addımlar atırlar. Qardaş ölkələrimiz hər zaman bir-birinin yanında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.