CƏMİYYƏT


Biləcəri qəsəbəsində quldurluq edən dəstənin üzvü saxlanılıb

Bakı, 12 avqust, AZƏRTAC 

Binəqədi rayonu ərazisində quldurluq edən dəstənin üzvü olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 22-də Biləcəri qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü H.Məmmədovu bıçaqla hədələyib baş nahiyəsinə xəsarət yetirərək nəqliyyat vasitəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü B.İsbəndiyarov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.