CƏMİYYƏT
Biləcəri qəsəbəsindəki avtomobil təmiri sexinin həyətindən Sumqayıt sakininə məxsus avtomobil qaçırılıb
Bakı, 18 may, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]