CƏMİYYƏT


Biləcəridə maarifləndirmə tədbiri keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən “N” hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Rəşadət Hidayətov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda mövzunun aktuallığı vurğulanıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs olunub. Həmçinin hərbçilərin döyüş ruhunun qaldırılmasında mənəvi dəyərlərimizin əhəmiyyəti vurğulanıb.

Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.