REGİONLAR
Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, audit yoxlaması zamanı cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.
Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.