REGİONLAR
Biləsuvar gömrük postunda bayrağımız 35 metr hündürlükdə dalğalanacaq VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı postda xidmət edən DGK və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Eyni zamanda, Biləsuvar gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.